Əsas Səhifə > Azərbaycan > Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı?
Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı?16-05-2017, 00:00. |
Son vaxtlar xaricdə təhsil fəaliyyəti ilə məşğul olan bəzi şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər. Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir”. SİVİL.AZ xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri Cəsarət Valehov deyib. O, xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına nazirlik tərəfindən zəmanət verməsi ilə bağlı məlumatları təkzib edib: "Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”. Cəsarət Valehov, həmçinin diplomların tanınmasının hüquqi prosedur olduğunu xatırladıb: "Diplomların tanınması (nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir". (Oxu.Az) Geri qayıt |