Əsas Səhifə > Azərbaycan > Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”

Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”


16-05-2017, 12:21.
title}
Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”


Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi məsələsi etiraza səbəb olub.

SİVİL.AZ-ın məlumatına görə, iclasda çıxış edən YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib: “Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycanlıları Konqresi? Azərbaycanda çoxlu sayda rus baxçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləyib: “Elə məsələ də burasındadır ki, bunu görmədilər”. (APA)
Geri qayıt