Əsas Səhifə > Azərbaycan > Nnikaha daxil olmaq istəyən 7 şəxsdə QİÇS aşkarlanıb

Nnikaha daxil olmaq istəyən 7 şəxsdə QİÇS aşkarlanıb


16-05-2017, 12:43.
title}
Nnikaha daxil olmaq istəyən 7 şəxsdə QİÇS aşkarlanıb


Bu ilin aprel ayı ərzində nikaha daxil olmaq istəyənlərin 301 nəfərində talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.

SİVİL.AZ-ın məlumatına görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan- 2015-ci ilin 1 iyun tarixindən bu ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib. Aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.

1 iyun 2015-ci il – 30 aprel 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. (Trend)
Geri qayıt