Əsas Səhifə > Azərbaycan > Mixail Zabelin: "Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"

Mixail Zabelin: "Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"


16-05-2017, 13:03.
title}
Mixail Zabelin: "Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"


Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən narahatlığını bildirib.

SİVİL.AZ-ın xəbərinə görə, M. Zabelin qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: “Bizi Konqresin ləğvi qərarı narahat edir. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır”. (APA)
Geri qayıt