Əsas Səhifə > Azərbaycan > ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq


16-05-2017, 13:27.
title}
ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq


ATƏT Parlament Assambleyasının 26-cı sessiyası 5-9 iyul tarixlərində Minskdə keçiriləcək.

SİVİL.AZ-ın məlumatına görə, illik sessiyada 300-dən çox parlamentarinin iştirakı gözlənilir.

Sessiyanın mövzusu "ATƏT məkanında sülh və çiçəklənmə naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi" olacaq.

İclasın yekunu üzrə Minsk Bəyannaməsi qəbul olunacaq.

Həmçinin sessiya çərçivəsində isveçli parlamentari Marqaret Sederfildin ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsinə toxunan məruzəsi oxunacaq və müzakirə olunacaq. (Trend)
Geri qayıt