Əsas Səhifə > Azərbaycan / Video > Abşeron İcra Hakimiyyətinin işçiləri vətəndaşı hədələyir -

Abşeron İcra Hakimiyyətinin işçiləri vətəndaşı hədələyir -


16-05-2017, 15:01.
title}
Abşeron İcra Hakimiyyətinin işçiləri vətəndaşı hədələyir -


Abşeron rayonunun Qobu Qəsəbəsində Yeni məhəllədə yaşayan Fuad Kərimov adlı vətəndaşın təsərrüfat obyekti icra nümayəndələri tərəfindən dağıdılıb.

SİVİL.AZ xəbər verir ki, "Qaynarinfo"ya bu barədə məlumat verən vətəndaş obyektinin sərəncama zidd olmadığı halda məhkəmə qərarı olmadan söküldüyünü bildirib:

"Mən ərazimdə toyuq hini tikmək üçün Abşeron Rayon İcra Hakimiyyətindən Amid adlı nümayəndəni dəvət edib ona fikrimi bildirdim. O isə nə olursa-olsun bu işdə mənə mane olmağa çalışdı və üstümə dəfələrlə polis göndərərək məni və ustalarımı təhdid etməyə başladı. Təhdidlərdən yorularaq may ayının 4-də işi dayandırdım və sabahkı gün İcra Hakimiyyətinə yazılı qaydada müraciət göndərdim. Buna baxmayaraq,ayın 6-da evdə olmadığım halda memamrlıq idarəsinin işçiləri gələrək, hasarımı və yarıtikilimi traktorla dağıdıblar".

Məsələ ilə bağlı Abşeron İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bunun qanuni tərəflərini və belə olduğu təqdirdə, vətəndaşların hansı prosedurları həyata keçirməli olduqlarını bildirib:

"Burada hər iki tərəf qanunları pozub. Əgər torpaq sahəsinin sənədləri qaydasındadırsa, onun üzərində aparılacaq tikintinin eskiz layihəsini təqdim etməklə vətəndaş öz həyətyanı sahəsində əsas və ya yardımçı tikili aparmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Əgər bu tikili əsaslıdırsa, yəni müvəqqəti konstruksiya deyilsə, daşdan hörülürsə və s. Müvafiq icra hakimiyyəti orqanı da vətəndaşa qanunvericilikdə nəzərdə tutulan müddətə həmin tikili ilə bağlı cavab verməlidir. Ümumiyyətlə polisin tikinti və quraşdırma işinə müdaxiləsi yolverilməzdir. Polis bu məsələyə asayiş pozulduğu halda, tikinti prosesində inzibati və cinayət tərkibli bir hadisə baş verdiyində qarışa bilər. Buna sadəcə yerli icra hakimiyyəti orqanları məhkəmə qərarı ilə müdaxilə edə bilər. Əgər həmin qurumun əlində məhkəmə qərarı yoxdursa, traktor və ya ekskovator gətirib tikilini sökə bilməz. Qanunvericiliyə uyğun olaraq mülkiyyətinə müdaxilə yolverilməzdir".
Geri qayıt