Əsas Səhifə > Azərbaycan > Rəfael Ağayevə "Yuventus"dan təklif gəldi

Rəfael Ağayevə "Yuventus"dan təklif gəldi


17-05-2017, 12:51.
title}
Rəfael Ağayevə "Yuventus"dan təklif gəldi


"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın "Yuventus" klubundan dəvət alıb.

SİVİL.AZ xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi ilə İtaliya təmsilçisinin nümayəndəsi əlaqə saxlayaraq, onun barəsində danışıb: "İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, "Yuventus"un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı "Yuventus"a hədiyyə edəcəyəm. Muzeyləri ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm".

"19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim", - deyə R. Ağayev əlavə edib.

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur.
Geri qayıt