Əsas Səhifə > Azərbaycan > Əcdadlarımızın ilk geyimi -

Əcdadlarımızın ilk geyimi -


18-03-2017, 14:02.
title}
Əcdadlarımızın ilk geyimi -

Abşeronda geniş yayılan əncir ağacı ilə otaq şəraitində becərilən fikusun xarici görünüşündə fərq olsa da, onların əcdadları eynidir.
Hindistan cəngəlliklərində bitən bitki sonralar Asiya, Avstraliya və Qərbi Afrikada geniş yayılıb. Otaq bitkisi kimi tanınan fikus qələmlə çoxalan nəhəng bir ağacdır. Onun hər qələminin ucunda bir yarpaq və bir tumurcuq olur. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik aparılır, bir neçə saat ilıq suda saxlanılandan sonra dənəvər quma basdırılır və 23-25 dərəcə hərarəti olan yerə qoyulur.

Fikusun bir sıra növləri daha geniş yayılıb. Bencamin fikusu müxtəlif ölçülü yarpaq sortlarının çoxluğuna görə fərqlənir. Fikus elastika daha çox çəllək fikusu kimi tanınır, Binnendiyuk fikusundan yapon və Çin dizaynerləri interyer yaşıllaşması üçün istifadə edirlər, Benqal fikusu ölümsüzlük və əbədilik rəmzi sayılır. Fikus karika - əncir kimi tanınan bitki isə cənnət bağlarında bitir və yarpaqları Adəm və Həvvanın ilk geyimləri olub.
Geri qayıt