Əsas Səhifə > Azərbaycan > Federika Moqerini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz
Federika Moqerini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz23-05-2017, 18:03. |
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra mətbuat konfransında deyib. Federika Moqerini vurğulayıb ki, bu münaqişə tez bir zamanda beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməkdə davam edir. Geri qayıt |