Əsas Səhifə > Azərbaycan > Məsut Özil yığmamızla oyunu buraxa bilər

Məsut Özil yığmamızla oyunu buraxa bilər


18-03-2017, 22:42.
title}
Məsut Özil yığmamızla oyunu buraxa bilər

Futbol üzrə Almaniya yığması ciddi itki ilə üzləşib.

SİVİL.AZ xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Məsut Özil sıradan çıxıb.

Ulduz futbolçu “Arsenal”ın son məşqlərinin birində zədə alıb. Bunu mətbuata açıqlamasında “topçular”ın baş məşqçisi Arsen Venger bildirib. Məhz bu səbəbdən Özilin DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla keçiriləcək qarşılaşmanı buraxmaq ehtimalı yüksək dəyərləndirilir. Tibbi müayinədən sonra onun Bakıya gəlib-gəlməyəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Geri qayıt