Əsas Səhifə > Azərbaycan > Fərman Ceyranlı haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib

Fərman Ceyranlı haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib


24-05-2017, 13:23.
title}
Fərman Ceyranlı haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib


İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri, professor, tanınmış cərrah Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.

SİVİL.AZ xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.

F. Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.

Qeyd edək ki, F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir ki, fəaliyyət göstərir. Burada Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.
Geri qayıt