Əsas Səhifə > Azərbaycan / Üst manşet > Son dəqiqə! İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana

Son dəqiqə! İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana


25-05-2017, 12:04.
title}
Son dəqiqə! İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana


Mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın yeni işi bəlli olub.

SİVİL.AZ-ın əldə etdiyi məlumata, M. Hüseynova "Azərbaycan dünyası" jurnalında xüsusi müxbiri kimi işə götürülüb.

Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, ötən il fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı. Cari ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.

M. Hüseynova öncələr də jurnalistlik fəaliyyəti ilə məşğul olub. (Sonxeber.az)
Geri qayıt