Əsas Səhifə > Azərbaycan > Türk futbolu çalxalanır:

Türk futbolu çalxalanır:


26-05-2017, 00:33.
title}
Türk futbolu çalxalanır:


İstanbul polisi ölkəyə qanunsuz yollarla maşın gətirən qrupa qarşı əməliyyatı genişləndirib.

SİVİL.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Qanunsuz yollarla maşın gətirməkdə şübhəli bilinən Türkiyə futbolçusu Əmrə Belözoğlu polisə ifadə verdikdən sonra məşhur baş məşqçi Tayfur Havutçun və “Fənərbaxça” klubunun futbolçusu Volkan Şənin də ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, polislər “Fənərbaxça” klubunun digər futbolçusu Ozan Tufanı qanunsuz yollarla maşın gətirdiyi üçün həbs etmişdilər. Sonradan onun ifadəsi alınaraq sərbəst buraxılıb. (Axar.az)
Geri qayıt