Əsas Səhifə > Azərbaycan > Siyavuş Novruzov: “NATO PA-nın iclasında növbəti dəfə erməni yalanının şahidi olduq”
Siyavuş Novruzov: “NATO PA-nın iclasında növbəti dəfə erməni yalanının şahidi olduq”28-05-2017, 00:03. |
“Biz NATO PA-nın yay sessiyasının iclaslarında həqiqəti söyləyirik və iclasların gedişində Azərbaycan həqiqətlərini bir daha söyləyəcəyik.” SİVİL.AZ-ın məlumatına görə, bu sözləri açıqlamasında NATO PA-da iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan parlament nümayəndə heyətinin üzvləri və iştirakçılar erməni yalanının şahidi olublar: “Bu gün Ermənistan nümayəndəsi mənim öncə səsləndirdiyim təklifdən sonra çıxış edərək bunları dedi: “Ermənistanın işğalçı deyil, Ermənistanın ərazisi işğal olunub. Bu da bu gün Azərbaycan torpağı olan Naxçıvandır”. Tədbir iştirakçıları erməninin çıxışını gülüşlə qarşıladılar. Bu, birinci dəfə deyil. Biz bu gün növbəti dəfə erməni yalanının şahidi olduq. Ermənilər dəfələrlə ortaya belə uydurmaları atıblar. Bu uydurmalar həm sənəd və beynəlxalq hüquq baxımından, həm ümumilikdə insanların bilgisi baxımından bu yalanlar heç bir təsdiqini tapmayıb”. S. Novruzov açıqlamasında Ermənistanın uydurma və yalanlarını ifşa edən də bu yalanları təsdiqləyən sənədlərin mövcud olduğunu bildirib: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əzəli və ən qədim torpağıdır. Bununla bağlı Qars müqaviləsi fəaliyyət göstərir, Moskva müqaviləsi var və digər tərəfdən Naxçıvan xanlıqları, onların fəaliyyət dövrləri barədə tarixi faktlar istənilən qədərdir. Bu, istər tarixi baxımından, istərsə də müasir dövr baxımından bu yalanların heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın kifayət qədər beynəlxalq hüquqa əsaslanan sənədləri mövcuddur və bu sənədlər bu gün NATO PA iclasında səsləndi və iclasların gedişi vaxtı bir daha səslənəcək”, - deyə S. Novruzov qeyd edib. Azərbaycan nümayəndə heyətinin üzvü ABŞ Təhlükəsizlik Şurasının 4 qətnaməsinin də qəbul olunmasını xatırladıb: “Avropa Şurası, Avropa Parlamenti tərəfindən, NATO-nun özü tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçı dövlət kimi qəbul olunması faktlarını bu iclasda oturanlar mütəmadi olaraq müşahidə ediblər. Hesab edirəm ki, bu müşahidələrin hər biri NATO PA yaz sessiyasında iştirak edən insanlara kifayət qədər tanışdır. Biz hər dəfə bu PA-nın komitə iclaslarına gələndə bu sənədləri və xəritələri təqdim edirik və siyasi komitənin iclasında da təqdim edəcəyik”, - deyə S. Novruzov bildirib. (APA) Geri qayıt |