Əsas Səhifə > Azərbaycan > Azərbaycan məktəbində “Son zəng” faciəsi –

Azərbaycan məktəbində “Son zəng” faciəsi –


28-05-2017, 14:46.
title}
Azərbaycan məktəbində “Son zəng” faciəsi –


Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.

SİVİL.AZ xəbər verir ki, hadisə orta məktəbdə şagirdlərin “Son zəng” tədbirinə hazırlıq görməsi zamanı baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də “Son zəng” tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H. Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.

Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H. Həsənov artıq saxlanılıb.

Qeyd edək ki, Kənan ailənin iki oğlundan böyüyü olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)
Geri qayıt