Əsas Səhifə > Azərbaycan > “Qızıl buts”un sahibi

“Qızıl buts”un sahibi


29-05-2017, 11:49.
title}
“Qızıl buts”un sahibi


"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi mövsümün yekunlarına görə "Qızıl buts"a sahib çıxıb.


SİVİL.AZ-ın məlumatına görə, "Qızıl buts" Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

L. Messi İspaniya La Liqasının 2016/2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

İkinci yerdə 34 qolla Lissabonun “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost, üçüncü isə hesabında 31 qol olan Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanqdır.

Qeyd edək ki, L. Messi “Qızıl top”u artıq dördüncü dəfədir ki, qazanır. O, bundan əvvəl 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu olub. (APA)
Geri qayıt