Əsas Səhifə > Azərbaycan > "Hacı pivəsi"nin tərkibində spirt var -
"Hacı pivəsi"nin tərkibində spirt var -30-05-2017, 15:55. |
Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə ("Hacı pivəsi" adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi "Hacı pivəsi"nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə "babalı istehsal edənin boynuna" deyib içir... SİVİL.AZ-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev modern.az-a reallıqda "Hacı pivəsi" brendi olmadığını bildirib: "Pivələrin tərkibində 12 faiz, "Hacı pivəsi"nin tərkibində isə 1 faiz spirt var. Pivə istehsalı ilə məşğul olan sahibkarlar, zavodlar bunu təsdiq edə bilər ki, tərkibinə spirt vurulmayan pivə qıcqırıb xarab olur. O cür pivəni içmək olmaz. Üstündə "sıfır faiz" yazılsa da, pivələrin tərkibində 1 faiz spirt var. Xüsusilə Ramazan ayında yeməkdən-içməkdən və buyurulan digər məsələlərdən imtina edənlər, 1 ay müddətinə "Hacı pivəsi"ni içmədən də dayana bilərlər. İslam spirtli içkini qadağan edir. Ona görə də özümüzü aldatmayaq ki, onun tərkibində spirt yoxdur. Əksər yerdə içilsə də, bu pivənin adı "Hacı"dır, özü, sadəcə, spirti az olan pivədir". O deyib ki, babalın kimin boynuna olmasından asılı olmayaraq, günah onu içənin ayağına yazılır: "Hansısa yemək hazırlamaq olar ki, tərkibində konyak, çaxır yaxud başqa spirtli içkilər olsun. Yaxud satışda konyaklı şokoladlar satılır. Bu, o demək deyil ki, babalı konfet istehsal edənin boynunadır..". R. Əliyev konfetin üzərində tərkibi barədə məlumat verildiyi halda, "Hacı pivəsi"nin üzərində "sıfır faiz" yazılmasını isə belə izah edib: "Bunu yazmasalar belə, hamı bilir ki, spirtsiz pivə olmur. Və kimsə bunu bilə-bilə içib "babalı kiminsə boynuna deməsin"". (modern.az) Geri qayıt |