Əsas Səhifə > Azərbaycan > Azərbaycanda kişi polis şöbəsində damarlarını doğradı

Azərbaycanda kişi polis şöbəsində damarlarını doğradı


31-05-2017, 16:13.
title}
Azərbaycanda kişi polis şöbəsində damarlarını doğradı


Azərbaycanda polis şöbəsində intihara cəhd olub.

SİVİL.AZ xəbər verir ki, hadisə Xaçmazda baş verib.

38 yaşlı, Bakının Sabunçu rayon sakini Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəyib. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanaya polisin müşayiətilə gətirilən yaralıya ilkin yardım göstərilib. Sonra o yenidən şöbəyə qaytarılıb.

Onun nə üçün bu addımı atdığı açıqlanmır. (İstipress)
Geri qayıt