Əsas Səhifə > Azərbaycan > Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qızda QİÇS aşkarlandı
Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qızda QİÇS aşkarlandı31-05-2017, 17:50. |
Bir neçə gün əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Nərgiz (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb. SİVİL.AZ xəbər verir ki, anası tərəfindən atılmış balaca Nərgiz cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda QİÇS aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır. Xatırladaq ki, Nərgizin valideynlərinin axtarışı ilə bağlı ilk olaraq “Azərbaycan Uşaqları İctimai Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: “Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Uşaq atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir”. Uşağın anası da tapılandan sonra televiziya verilişində qızının doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib. Məlum olub ki, qadın Elnur adlı sevgilisi ilə birlikdə yaşayıb. Uşaq isə mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb. ("Ölkə.Az") Geri qayıt |