Əsas Səhifə > Azərbaycan / Üst manşet > Hafiz Hacıyev: "Həyatım təhlükədədir, məni aradan götürmək istəyirlər"

Hafiz Hacıyev: "Həyatım təhlükədədir, məni aradan götürmək istəyirlər"


31-05-2017, 18:20.
title}
Hafiz Hacıyev: "Həyatım təhlükədədir, məni aradan götürmək istəyirlər"


Ölkədə çimərlik mövsümü başlamaq üzrədir. Lakin Xəzər dənizinin çimərliklərinin böyük hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub. Əksər çimərliklər pullu olduğu üçün əhalinin yoxsul təbəqəsi üçün əlçatmazdır.

İllərdir bu məsələ müzakirə edilir. Hətta Milli Məclis səviyyəsində belə gündəmə gətrilib. Lakin heç bir nəticəsi olmayıb. Çimərlikləri zəbt edənlər yenə də öz işlərinin başındadır.

SİVİL.AZ bildirir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çimərliklərin zəbt olunmasının ölkənin turizm potensialına da mənfi təsir etdiyini bildirir. Partiya sədri açıqlamasında bildirib ki, oliqarxlar sahili şəxsi biznesə çevirib:

"Azərbaycanda çimərlik mövsümünün başlaması ilə əlaqədar Xəzərətrafı bölgələrdə sərbəst şəkildə əhalinin istirahəti üçün şərait yaradılmalıdır. Dənizi bizə Allah-Təala bəxş edib, bunu heç kəsin hasarlamağa ixtiyarı yoxdur. Bir neçə oliqarx var ki, bununla məşğuldur və dəniz kənarını özlərinin şəxsi biznesinə çeviriblər. Məndə olan məlumata görə, ölkə başçısı bununla bağlı göstəriş verib və çimərliklər pulsuz olacaq. İnanıram ki, bu yöndə ciddi addımlar atılacaq. Bu işdən özlərinə milyonlar qazananlar öz istəklərinə son verməli və milləti incidib dövlətdən narazı salmamalıdırlar. Onların nəyi yoxdur ki, gedib dənizə də göz dikiblər? Düşünürəm ki, bu məsələdə əhali də fəal olmalı, öz haqqını tələb etməlidir. Heç kim öz haqqını tələb etmir, hüquqları uğrunda mübarizə aparmaqdansa özünü asıb, yandırır. Keçən il yadınızdadırsa, sahildə məmurlardan biri özünə yer yaratmışdı, prezident göstəriş verdi və toy-bayramla sökdürdülər. Yəqin bu birilərini də toy-bayramla dağıdarlar. Bu, turizmin inkişafına da mənfi təsir edən amildir. Millətimizin istirahəti üçün şərait yaradılmalıdır ki, insanlar xaricə üz tutmasınlar".

Bu il dənizə gedə bilməyəcəyini deyən partiya sədri həyatının təhlükədə olduğunu və ona qarşı hər an sui-qəsd edilə biləcəyini diqqətə çatdırıb:

"Vallah elə də vaxtım yoxdur. Bilirsiniz ki, rüşvətxorlarla mübarizə apardığım üçün həyatım hər an təhlükədədir. Bu səbəbdən müəyyən dairələr də xəbərdarlıq ediblər ki, ehtiyatlı davranım. Açıq şəkildə qardaşımı (Prezident İlham Əliyevi nəzərdə tutur - Ç.S.) müdafiə etməyim bəzi qruplar, bəzi dairələrin xoşuna gəlmir. Ona görə də hər an çalışırlar ki, məni həyatdan götürsünlər. Görünür bu il dənizə getmək mənə qismət olmayacaq. Ölkəmizi, dövlətçiliyimizi qorumaqdan ötrü müəyyən basqılara baxmayaraq, ehtiyatlı davranmalıyam və hər birimiz də ölkə başçısına dəstək olmalıyıq ki, ona xəyanət edən insanlardan yaxasını qurtara bilsin". ("Qaynarinfo")
Geri qayıt