Əsas Səhifə > Azərbaycan > Ramazan qadağaları: cinsi əlaqəyə icazə varmı? –
Ramazan qadağaları: cinsi əlaqəyə icazə varmı? –31-05-2017, 22:03. |
Ramazan ayı başlayan kimi, müsəlman coğrafiyasında yaşayan insanlar arasında müxtəlif mübahisəli fikirlər yaranır. Oruclu halda makiyaj etmək, qucaqlaşmaq, öpüşmək olarmı, cinsi əlaqəyə icazə varmı və s. bu kimi suallar insanları hər zaman narahat edib. Hətta bu barədə ilahiyyatçılar da müxtəlif fikirlər irəli sürür. Bəzisi oruclu halda öpüşməyin, qucaqlaşmağın günah olmadığını dediyi halda, bir başqası oruclu halda makiyaj etməyin belə, günah olduğunu deyir. Yəni fikirlər mübahisəlidir və hər kəs insanları öz doğrusuna inanmağa çağırır. Əsl doğru isə bu mübahisəli fikirlərin arasında yoxa çıxır. SİVİL.AZ xəbər verir ki, İnsanları orucluq ayında narahat edən məsələlərdən biri də Ramazan ayında cinsi əlaqənin tənzimlənməsi məsələsidir. Bir çox evli cütlüklər var ki, ailədə soyuqluq yaranmasından qorxduğu üçün bu problemi necə həll edəcəyi barədə düşünür. Bəziləri isə "bir ay nədir ki, dözərik", - deyə öz həyat yoldaşlarına yaxın durmurlar. Əsasən də qadınlar Ramazan ayında yenidən pak olmaq, qüsul almağın tənbəlliyi ilə "günahdır" deyərək həyat yoldaşları ilə cinsi yaxınlığa bir aylıq qadağa qoyurlar. Bəs əslində necə olmalıdır? Cinsi əlaqə insan üçün yemək yemək, su içmək kimi bir tələbatdır. Cinsi əlaqə zamanı qadın və kişinin ruhu qovuşur. Odur ki, Ramazan ayında cinsi əlaqəyə ara vermək əvəzinə iftar və imsak arası zamanda bu həzzi yaşamaq lazımdır. Bu, cütlükləri bir-birinə daha da yaxınlaşdırır, sevgini artırır. İlahiyyatçı Səriyyə Sami deyir ki, qadınla kişinin yaxınlığı sevgini artırır: "Ramazan ayı bədənin və ruhun pisliklərdən təmizlənməsi ayıdır. Bu ayda insanların iradəsi ölçülür. İnsanın yeməkdən, içməkdən, müəyyən vərdişlərdən nə qədər uzaq qalacağı nəzərə alınır. Və imkansızlara, kasıblara necə dəyər verildiyinə önəm verilir. Cinsi yaxınlıq isə ər-və arvad arasında olan tələbatdır. Bunda heç bir günah yoxdur. Hər bir insan axşam orucunu açdıqdan sonra öz həyat yoldaşı ilə yaxınlıq edə bilər. Amma imsaka az qalmış, qüsul alıb, növbəti günün orucunu saxlamalıdır. Əlbəttə ki, söhbət dini nikahı olanlardan gedir. Nikahdan kənar cinsi əlaqə isə zina hesab edilir ki, bunun üçün ayın Ramazan ayının olub-olmamasınn fərqi yoxdur və bu hər zaman dini səviyyədə günah hesab edilir". Androloq Kamil Baxşıyevin sözlərinə görə, 1 ay cinsi əlaqədə olmamaq insana bir o qədər böyük zərər verməsə də, orqanizmin bioloji saatını poza bilər: "Əgər tərəflər arasında mütəmadi cinsi əlaqə varsa, buna bir ay ara vermək bioloji balansı poza bilər. Yəni bir aydan sonra insanda cinsi istəksizlik yarana bilər". Həkim bildirir ki, Ramazan ayında ilahiyyatçıların qeyd etdiyi zamanda cinsi əlaqədə olmaq olar. Ancaq bunu axşam iftarı açandan sonra etmək bədənə zərər verə bilər: "Günün uzun bir hissəsini ac qalmış bədən qidalandıqdan sonra cinsi əlaqədə olmaq bədənə ağırlıq verə bilər. Bu da ürək üçün zərərlidir. Ən yaxşısı iftardan 2 saat sonra olan yaxınlıqdır. Bununla yanaşı iftarı açdıqdan sonra olan cinsi yaxınlıq uğursuzluqla nəticələnə bilər ki, bu da kişidə özünə qarşı şübhə yaradar. Yəni güclü qidalanma, sərin içkilər ehtirası qaldırıb istək yaratsa da, bu istək sona qədər davam etməz". Psixoloqlar da Ramazan ayında cinsi əlaqənin vacibliyini vurğulayır. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, cinsi əlaqəyə ara vermək tərəflər arasındakı münasibəti soyudur: "İnsanlar qucaqlaşaraq, öpüşərək, cinsi əlaqə ilə bir-birinə yaxın olur. Əgər bir ay müddətində yaxınlıq olmasa, bu, qadın və kişinin bir-birinə olan istəyini azaldar. Bunu hər iki tərəf nəzərə almalıdır. Bəzi qadınlar oruc tutmalarını, çox ac qaldıqları üçün halsız və ya yorğun olduqlarını bəhanə gətirirlər. Amma unudurlar ki, həyat yoldaşının diqqətə, qayğıya ehtiyacı var. Buna görə də Ramazanın şərtlərinə uyğun olaraq, yaxınlıq etmək mütləqdir". (lent.az) Geri qayıt |