Əsas Səhifə > Azərbaycan > Bakı-Sumqayıt yolunda manyak
Bakı-Sumqayıt yolunda manyak31-05-2017, 22:44. |
Bakı-Sumqayıt yolunda, "Riyad" ticarət mərkəzinin yaxınlığında manyak peyda olub. SİVİL.AZ xəbər verir ki, şahidlərin oxu.az-a verdiyi məlumata görə, yoldan keçən xanımlara, qızlara, qadınlara öz cinsiyyət orqanını göstərən bu şəxs, demək olar ki, hər gün həmin ərazidə dayanıb, öz çirkin əməlini həyata keçirir. Qonşu ölkə Türkiyədə bu kimi hərəkətlər edən şəxsləri bir neçə il həbs cəzası gözləyir. Bəs, Azərbaycanda bu kimi hallara qarşı hansısa məsuliyyət nəzərdə tutulub? Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Asif Abdullayev açıqlamasında bu kimi halların xuliqanlıq sayıldığını, amma bu əməldə kiməsə qarşı zor tətbiq edilmədiyindən həmin əməlin xırda xuliqanlıq hesab edildiyini və inzibati məsuliyyətə səbəb olduğunu bildirdi. Geri qayıt |