Əsas Səhifə > Azərbaycan > Tanınmış jurnalist sərhəddə
Tanınmış jurnalist sərhəddə1-06-2017, 14:01. |
Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib. SİVİL.AZ-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarında məlumat verilib Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A. İsrafilov Bakıya gətirilib. Qeyd edək ki, A. İsrafilov 2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildən sonra həbsxanadan çıxan jurnalist saytlardan birində müxbir kimi jurnalistlik fəaliyyətinə davam edirdi. Onu da qeyd edək ki, Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib. (lent.az) Geri qayıt |