Əsas Səhifə > Azərbaycan > Televiziya əməkdaşını öldürən rejissorun atası: "Lamiyənin yasına getdik, bizi..."

Televiziya əməkdaşını öldürən rejissorun atası: "Lamiyənin yasına getdik, bizi..."


1-06-2017, 21:53.
title}
Televiziya əməkdaşını öldürən rejissorun atası: "Lamiyənin yasına getdik, bizi..."


AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi "Mercedes" markalı avtomobillə vuran tanınmış rejissor Xamis Ağcayev hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır.

SİVİL.AZ xəbər verir ki, bu barədə yenicag.az-a rejissorun atası Xanlar Ağcayev məlumat verib.

O, hadisə ilə bağlı bunları deyib:

"Bəli, oğlum hadisə törədib, hazırda istintaq gedir. Biz bütün qohum-əqrəba bu gün dünyasını dəyişən xanımın yas mərasimində olduq. Onların acısı çox ağırdır, amma buna baxmayaraq, bizimlə çox mədəni davrandılar. Deyirlər ki, guya oğlum zaminə buraxılıb, yalan söhbətdir, Xamis hazırda polis bölməsindədir".

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva Az.TV-də suflyor işləyirdi. (Milli.Az)
Geri qayıt