Əsas Səhifə > Azərbaycan > Sel Bakı-Şamaxı yolunu bağladı:
Sel Bakı-Şamaxı yolunu bağladı:2-06-2017, 00:36. |
Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. SİVİL.AZ-ın APA-ya istinadən xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub. Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib. Hazırda yol polisi əməkdaşları tərəfindən ərazidə avtomobillərin hərəkətinin bərpası üçün işlər davam etdirilir. Geri qayıt |