Əsas Səhifə > Azərbaycan > “Azərsu”nun işçisi faciəvi şəkildə öldü

“Azərsu”nun işçisi faciəvi şəkildə öldü


2-06-2017, 23:42.
title}
“Azərsu”nun işçisi faciəvi şəkildə öldü


Xəzər rayonunda “Azərsu” ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu ölüb.

SİVİL.AZ bildirir ki, bu barədə Sputnik Azərbaycan-a rayonun polis idarəsindən məlumat veriblər. Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi aşıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.

“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.
Geri qayıt