Əsas Səhifə > Azərbaycan > “Maşın şou”da böyük fırıldaq -

“Maşın şou”da böyük fırıldaq -


3-06-2017, 00:16.
title}
“Maşın şou”da böyük fırıldaq -


Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun daha bir buraxılışı baş tutub. C. Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Verilişin bitməyinə bir neçə dəqiqə qalmış Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-qalsın, 65,29 faiz səs “getsin”ə toplayıb. Bu səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.

Bu hadisə haqqında Murad Dadaşova zəng etsək də, telefonumuza cavab vermədi. Prodüseri Pərvin Sevdimalıdan açıqlama aldıq. “Görəcəyimiz işlər həddindən artıq çox ağır və məsuliyyətlidir. Hər bir yayımda texniki qüsurlar ola bilər. Təbii ki, bu bizdən də yan keçmədi. Adımıza bəzi ittihamlar səslənsə də, bu sadəcə olaraq texniki səhvlə bağlıdır. Buna görə də, tamaşaçılardan yanlış anlaşılmaya görə, üzr istəyirik”.

“Maşın şou”da böyük fırıldaq -


Xatırladaq ki, müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu müsabiqə quramadır. Hətta o, veriliş bitməmiş “Maşın şou” da nələr yaşanacağını dəqiq söyləyib: “Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək”. Bu haqda da Murad Dadaşovun köməkçisi öz münasibətini bildirib: “Deyirlər, pişiyin ağzı ətə çatmayanda deyir iylənib. Nə deyir desin, inanın, bu bizim vecimizə də deyil”. (a24.az)
Geri qayıt