Əsas Səhifə > Azərbaycan > Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinq keçiriləcək


6-06-2017, 13:26.
title}
Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinq keçiriləcək


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

SİVİL.AZ-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster aparacaqlar.
Geri qayıt