Əsas Səhifə > Azərbaycan > Rantiedən “Qarabağ”a qara xəbər
Rantiedən “Qarabağ”a qara xəbər6-06-2017, 18:00. |
“Qarabağ”ın heyətinə qatmaq istədiyi futbolçu Tokelo Rantie zədələnib. SİVİL.AZ xəbər verir ki, bunu CAR yığmasının baş məşqçisi Stüart Bakster açıqlayıb. O, bir neçə futbolçunun millinin düşərgəsinə zədəli halda qatıldıqlarını və iyunun 13-də Nigeriya ilə keçiriləcək matçı buraxmaq ehtimallarının olduğunu qeyd edib. Bakster həmin siyahıda “Gənclərbirliyi”nin hücumçusu Rantienin də yer aldığını vurğulayıb. Məlum olub ki, Azərbaycan çempionu ilə danışıq aparan Tokelo sağ dizindən xəsarət alıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğu MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçdikdən sonra müəyyənləşəcək. MRT-nin nəticəsi yaxşı olmasa, yəni Rantienin uzun müddətə sıradan çıxdığı bildirilsə, bu, “Qarabağ”ın da planlarına təsir edə bilər. Çünki Ağdam klubu 26 yaşlı forvardı komandaya, xüsusən, Çempionlar Liqasında xeyir vermək üçün transfer etmək niyyətindədi. Əgər zədəsi ciddi çıxsa və avrokubok müddətində oynaya biləcək vəziyyətdə olmasa, Ağdam klubu Tokelonu almaq istəyindən vaz keçə bilər. Qeyd edək ki, 2012-ci ildən CAR yığmasının şərəfini qoruyan Tokelo Rantie millidə 38 oyunda 10 qola imza atıb. (Apasport.az) Geri qayıt |