Əsas Səhifə > Azərbaycan > Reks Tillerson: ABŞ Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir

Reks Tillerson: ABŞ Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir


7-06-2017, 11:15.
title}
Reks Tillerson: ABŞ Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibətilə təbrik bəyanatı yerləşdirilib.

SİVİL.AZ xəbər verir ki, bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.

“ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”,-deyə dövlət katibi vurğulayır.

Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.

Bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. (AZƏRTAC)

Reks Tillerson: ABŞ Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir

Geri qayıt