Əsas Səhifə > Azərbaycan > Dənizə girən rus turist yox oldu: 3 saatdan sonra yenidən göründü -

Dənizə girən rus turist yox oldu: 3 saatdan sonra yenidən göründü -


7-06-2017, 13:57.
title}
Dənizə girən rus turist yox oldu: 3 saatdan sonra yenidən göründü -


Antalyada dənizə girən və 3 saat sudan çıxmayan rus turist yaxınlarını həyəcanladırarkən polisə xəbər verilib.

SİVİL.AZ xəbər verir ki, Konyaltı mahalında tətil edən rus turist Tatyana O. səhər saatlarından yaxınlarıyla birlikdə çimərliyə gedib. Saat 08.00-da dənizə girən rus turist uzun müddət üzüb. Tatyana O.-nun dənizə girdiyi vaxtdan 3 saat keçməsinə baxmayaraq sudan çıxmadığını görən yaxınları kömək istəyiblər. Sahildəki digər turistlərin və vətəndaşların da həyəcanlı anlar yaşadığı hadisə polisin işə qarışması ilə nəticələnib.

Sahilə qədər üzərək GƏLDİ, AMMA DƏNİZDƏN ÇIXMADI

Sahilə gələn polislər araşdırma etməyə başlaıb və dəniz mühafizə xidmətindən kömək istəyiblər. Bu an dənizdə itdiyi düşünülən Tatyana O. üzərək sahilə gəlib. Jurnalistləri görən rus turist sudan çıxmayaraq yenidən üzməyə başlayıb. Tatyana O. ifadəsini almaq istəyən polislərin müraciətinə müsbət cavab verməyərək üzüb. (Milli.Az)
Geri qayıt