Əsas Səhifə > Azərbaycan / Video / Üst manşet > Uşaq evində 18 yaşlı qıza işgəncə verilib –

Uşaq evində 18 yaşlı qıza işgəncə verilib –


7-06-2017, 23:24.
title}
Uşaq evində 18 yaşlı qıza işgəncə verilib –


Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilib.


SİVİL.AZ xəbər verir ki, bu barədə “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlayıb.

Videogörüntüdə müsahibə verən Aysel ona işgəncə verildiyini deyib:

“Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Həyatdan bezirdim. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

Məsələ ilə bağlı Şəki Qarışıq Tipli Uşaq Evi ilə əlaqə saxlanılıb. Direktor müavini bildirib ki, hazırda Ombudsman uşaq evindədir və o, rəhbərliklə görüşür:

“Videogörüntü ilə bağlı bütün suallara ancaq direktor cavab verir. Onun da yanında Ombudsman olduğundan telefonu götürə bilmir”. (aznews.az)
Geri qayıt