Əsas Səhifə > Azərbaycan > DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib -
DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib -10-06-2017, 01:21. |
Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib. SİVİL.AZ bildirir ki, apasport.az saytının məlumatına görə, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib. A qrupunda İsveç - Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub. B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib. H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub. DÇ-2018-in seçmə mərhələsi VI tur 9 iyun A qrupu Belarus – Bolqarıstan - 2:1 Qollar: Sivakov, 33, Savitski, 80 - Dyakov, 90+1 Hollandiya – Lüksemburq - 5:0 Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.) İsveç – Fransa - 2:1 Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 - Jiru, 37 B qrupu Andorra – Macarıstan - 1:0 Qol: Rebes, 26 Farer Adaları – İsveçrə - 0:2 Qollar: Caka, 36, Şakiri, 59 Latviya – Portuqaliya - 0:3 Qol: Ronaldo, 41, 63, Silva, 67 H qrupu Bosniya və Herseqovina – Yunanıstan - 0:0 Cəbəllütariq – Kipr - 1:2 Qollar: Hernandez, 30 - Çipolina, 10 (öz qapısına), Sotiriu, 81 Estoniya – Belçika - 0:2 Qol: Mertens, 31, Şadli, 86 Geri qayıt |