Əsas Səhifə > Azərbaycan > Azərbaycanlı məşhurlar yayda harada istirahət edəcəklər? -
Azərbaycanlı məşhurlar yayda harada istirahət edəcəklər? -10-06-2017, 23:30. |
"ARB Ulduz"un "Şou məkan" verilişi məşhurlar arasında sorğu keçirib. SİVİL.AZ həmin sorğunun nəticələrini təqdim edir: Tanınmış simalar ilin yorğunluğunu və stresini atıb dincəlmək üçün yayda hansı ölkələrə, hansı məkanlara üz tutacaqlar? Nazənin: "Hər il olduğu kimi Türkiyədə istirahət edəcəyik. Balaca çox sevir oranı. İndidən oranın xəyalı ilə yaşayır. Düşünürəm ki, təxminən iki həftə Türkiyədə gəzmək onun haqqıdır". Səlim Abbasov: "Qismət olsa, işlərim var, alınsa, Kipr, Gürcüstan və Türkiyəyə getmək fikrim var. Üçündən birinə gedib orda dincələcəm". Türkiyəni seçənlərin bir qismi isə həm yaxınlıq, həm də dil amilini əsas gətirərək, burda dincəlməyə üstünlük verdiklərini söyləyiblər. Elton Hüseynəliyev: "Türkiyədə istirahət edəcəyik. Hara gedirsən olursan lal insan. Dil bilmirsən. Yəqin ki, Bodruma gedərik". Vasif Məhərrəmli: "Bilirsiniz ki, bizə ən yaxın Türkiyədir. Dini dinimizdən, dili dilimizdən, kökü kökümüzdəndir. Orda özümü rahat hiss etdiyim üçün həmişə mən Türkiyəyə üz tuturam. Dostum Ədalətlə uzaq bir ölkəyə getmək planımız da var. Yəqin ki sentyabrda". Elton və Vasif Məhərrəmlidən fərqli olaraq, Namiq Qaraçuxurlu Avropa ölkələrinə getmək niyyətindədir. Türkiyə üçün isə hələlik heç bir planı yoxdur. Namiq Qaraçuxurlu: "Yəqin ki Avropaya gedərəm. Türkiyə mənə maraqlı gəlmir. Elə bil ki, Azərbaycandasan. Bir-iki dəfə getdim, gördüm. Nə isə maraqlı gəlmir". Yay istirahətini Azərbaycanın gəzməli-görməli yerlərində və ya doğulduğu ata-baba yurdunda keçirməyi planlaşdıran məşhurlar da az deyil. Rüfət Axundov: "Doğma Azərbaycanımızda bu gün turizm inkişaf edib. Dəfələrlə həm xaricdə, həm də ölkəmizin otellərində olmuşam. Eynidir. Yəqin ki, 95 faiz doğma Azərbaycanımızda istirahət edəcəyəm". Abdul Xalid: "15-20 gün gedib Tovuzda istirahət edəcəyəm. Bu, öz yerində. Mənim Dubayım, Alanyam Tovuzdur". Pərvin Lətifov: "Gedəcəm rayona, atamın, anamın yanına. Mənim üçün ondan gözəl istirahət ola bilməz. Böyüdüyüm kəndin torpaqlı yollarında gəzəcəm, balıq tutacam, quzularla oynayacam, ağaca çıxacam". Emil Bədəlov: "Övladım dünyaya gələcək deyə, başım ora qatışacaq. Doğum yay ərəfələrinə təsadüf edir. Ona görə, mütləq Bakıda olmalıyam". Rəqqasə Fatimə isə borc-xərc belə olsa tapıb, bu yay da istirahət edəcəyini söyləyib. Fatimə: "Biz hər il deyirik ki, bu il getməyək, xərcimiz çox olub. Bir də görürsən ki, yoldaşım deyir, yığışın getdik. Nə olur olsun. Borc-xərc edib gedirik istirahətə". Geri qayıt |