Əsas Səhifə > Azərbaycan > Robert Prosineçki:
Robert Prosineçki:11-06-2017, 00:28. |
"Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur". SİVİL.AZ-ın məlumatına görə, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdur. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edən komandamız üstün keçirdiyi oyunun son dəqiqələrində buraxdığı qolla məğlubiyyətə düçar olub – 0:1. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis fikrini bu sözlərlə davam etdirib: “Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi”. - Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük. Bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən nə dərəcədə təsir edə bilər? - İndi millinin oyunçuları tətilə gedirlər. Sonra “Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında yarışacaqlar. Futbolda belə hadisələr olur. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik. - Bu gün sanki “Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcəkmi? - Mən bura gələndən eyni sistemlə oynayırıq. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım. - Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız? - 70-ci dəqiqədən sonra iki qol şansımız yarandı. - 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardımı? - Mənim həmin epizod yadımda deyil. Onu deyə bilərəm ki, bu gün güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya güclü komandadı. 10 nəfərlə müdafiə olunsalar da, 4 qol vəziyyəti yaratdıq. Bircə dəfə səhvə yol verdik, qol buraxdıq. Əgər 4 vəziyyətdən ikisini qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveçə qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq. - Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiniz. Bu, doğrudumu? - Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiniz? - Meneceriniz dedi ki, “Valensiya”dan təklif gəlsə də, Prosineçki qəbul etmədi. İlin sonuna qədər burda qalacaqsınız? - Mənim, həqiqətən də, getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm. - Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz varmı? - Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər. - Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapdınızmı? - Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Almeyda o oyunçuları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdu. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridi. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdı. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram. (APA) Geri qayıt |