Əsas Səhifə > Azərbaycan > Səhiyyə Nazirliyi: Sumqayıtda kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib

Səhiyyə Nazirliyi: Sumqayıtda kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib


12-06-2017, 18:10.
title}
Səhiyyə Nazirliyi: Sumqayıtda kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib


Rotavirusun su ilə yayılması nəzərə alınaraq, yayılmanın su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu ehtimal edilir.

SİVİL.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsində uşaqlar arasında rotavirusun aşkarlanmasına münasibət bildirərkən deyib.

V. Qasımov qeyd edib ki, su paylayıcı şəbəkəyə haradasa patogen amil düşüb.

Baş pediatr Nəsib Quliyev isə deyib ki, uşaqlar arasında aşkarlanan rotavirusun əsas əlamətləri ishal, qusma, temperaturun enməsidir: "Səhiyyə Nazirliyi tərəfindən bütün dərman preparatları təmin edilib. Xəstəxanaya indi daxil olanlar gec müraciət edənlərdir. Uşaqların 100 faizinin çiy su içməsi aşkarlanıb. Rotavirusun sularda olması nəzərə alınaraq, onun çiy su ilə keçməsi ehtimal edilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib ki, xəstələrin hər biri ilə sorğu aparılıb və bütün məlumatlar toplanıb:

"Məlum oldu ki, bütün valideynlər uşaqlarına çiy su veriblər. Bütün o ərazidə vətəndaşların istifadə etdiyi sulardan nümunə və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğru olduğunu göstərdi. Rotavirus, əsasən, kiçik yaşlı uşaqlarda olur. Suyun hansı şəraitdə çirklənməsi bizə məlum deyil. Amma hadisə çirklənmiş sudan baş verib. Hazırda tədqiqatlar aparılır". (Trend)
Geri qayıt