Əsas Səhifə > Azərbaycan > XİN Əfqan Muxtarlı ilə bağlı qətnaməyə reaksiya verdi
XİN Əfqan Muxtarlı ilə bağlı qətnaməyə reaksiya verdi16-06-2017, 14:06. |
SİVİL.AZ xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə dair AZƏRTAC-ın müxbirinin sualını cavablandırıb. - Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qərəzli qətnamə barədə nə deyərdiniz? - 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur. Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb. Geri qayıt |