Əsas Səhifə > Azərbaycan > AFFA-nın ilk prezidenti vəfat edib

AFFA-nın ilk prezidenti vəfat edib


17-06-2017, 00:16.
title}
AFFA-nın ilk prezidenti vəfat edib


AFFA-nın ilk prezidenti, Bakı şəhər Partiya Komitəsinin I katibi (1983-1988) Fuad Musayev vəfat edib.


SİVİL.AZ bildirir ki, məlumatı APA-ya AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov verib.

Çingiz İsmayılovun sözlərinə görə, Fuad Musayev Estoniyada müalicədə olub. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Bakıya qayıdırmış. Yolüstü Moskvaya gedən Fuad Musayevin vəziyyəti pisləşib və xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Fuad Musayevin nəşi iyunun 17-də Bakıya gətiriləcək.

Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndir. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb. 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb. O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində işləyib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.

1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.
Geri qayıt