Əsas Səhifə > Azərbaycan > Güləş üzrə Avropa çempionatı başlayır -

Güləş üzrə Avropa çempionatı başlayır -


27-03-2017, 12:28.
title}
Güləş üzrə Avropa çempionatı başlayır -

28 mart - 2 aprel tarixlərində Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.

Azərbaycan Güləş Federasiyasından SİVİL.AZ-a verilən məlumata görə, çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaqlar. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda 7 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.

Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Geri qayıt