Əsas Səhifə > Azərbaycan / Manşet > Kosmosda dövlət yaradan azərbaycanlı:

Kosmosda dövlət yaradan azərbaycanlı:


23-06-2017, 13:27.
title}
Kosmosda dövlət yaradan azərbaycanlı:


Artıq 7 aydır ki, Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəylinin rəhbərliyi ilə kosmosda “Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlanılıb.

SİVİL.AZ AzVision.az-a istinadla xəbər verir ki, kosmik dövlətin birinci peyki olan "Asgardiya-1" bu ilin payız ayında kosmosa yola salınacaq.

“Bu, “Asgardia”nın yaradılmasında çox mühüm addımdır. Peyk kosmosda “Asgardia”nın mövcud olmasının təmal daşıdır. Burada 1 milyon yarımdan çox asgardialının məlumatları saxlanılacaq. İnsanlar özləri barədə informasiyanı “Asgardia”ya göndərmək imkanına sahibdirlər” - İqor Aşurbəyli deyib.

Onun sözlərinə görə, “Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. O, hesab edir ki, bura yeni millətin yaranacağı ölkəyə çevriləcək.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, “Asgardia” layihəsi bütün bəşəriyyətin xeyrinə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Geri qayıt