Əsas Səhifə > Azərbaycan > Konfederasiyalar Kuboku:
Konfederasiyalar Kuboku:29-06-2017, 01:23. |
FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start verilib. SİVİL.AZ-ın məlumatına görə, artıq ilk finalçının adına aydınlıq gəlib. Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gəlib. A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb. Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib. Görüşdə isə həm 90 dəqiqə, həm də əlavə olunmuş 30 dəqiqədə qol olmayıb. Belə olan halda qalibin adına penalti seriyasında aydınlıq gəlib. Çilinin qapıçısı Bravo Portuqaliya millisinin üç futbolçusu - Quaresma, Moutinyo və Naninin zərbəsini dəf edərək komandasını finala yüksəldib. FİFA Konfederasiyalar Kuboku-2017 Yarımfinal 28 iyun Portuqaliya – Çili - 0:0 (penaltilər: 0:3) (APA) Geri qayıt |