Əsas Səhifə > Azərbaycan > Fahişəliyə görə cəzalar sərtləşdirilir
Fahişəliyə görə cəzalar sərtləşdirilir27-03-2017, 16:16. |
Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. SİVİL.AZ xəbər verir ki, İstiPress-in məlumatına görə, dəyişiklikdə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəzaların ağırlaşdırılması nəzərdə tutulur. Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Edilən təklif qüvvəyə minərsə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimə də tətbiq olunacaq. Daha bir təklif ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə cərimələrin tətbiq edilməsi ilə bağlıdır. İndiyə qədər bu işlə məşğul olanlar iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur. Geri qayıt |