Əsas Səhifə > Azərbaycan > "İnter" "Mladost"u darmadağın etdi
"İnter" "Mladost"u darmadağın etdi30-06-2017, 00:37. |
Avropa Liqasında yeni mövsümə start verilib. SİVİL.AZ xəbər verir ki, debüt matçında "Differdanj"a 2 cavabsız qolla qalib gələn “Zirə”nin uğuruna sevinən azərbaycanlı azarkeşlər ardından "Mladost" - “İnter” matçına diqqət ayırıb. Zaur Svanadzenin komandasının avrokubok təcrübəsi ümid verirdi. 65 yaşlı “Mladost”un ciddi uğurunun olmaması təmsilçimiz adına üstünlük sayılırdı. İlk yarıda rumın müdafiəçi Adrian Skarlatake stadiona toplaşan yerli tərəfdarları 2 dəfə məyus edib. Hesabı açan arxa xətt oyunçusu fasiləyə yaxın Rauf Əliyevə qarşı qayda pozuntusuna görə təyin edilən cərimə zərbəsindən uğurla yararlanaraq dublunu rəsmiləşdirib. Oyunun 76-cı dəqiqəsində isə Rauf Əliyev 3-cü dəfə topu “Mladost”un qapısından keçirib. Avropa Liqası I təsnifat mərhələsi İlk oyunlar 29 iyun 22.30 Mladost (Serbiya) - İnter (Azərbaycan) - 0:3 Qol: Adrian Skarlatake, 23, 41. Rauf Əliyev, 76. Hakimlər: Aleksey Matyunin, Anton Kobzev, Aleksey Lunyov, Yevgeni Turbin (Rusiya). Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya). UEFA nümayəndəsi: Paolo Rondelli (San Marino). Luçani. “Mladost” stadionu. “Mladost”: 1. Nemanya Krznariç, 4. İvan Miloçeviç, 7. Saşa Yovanoviç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 18. Obiara Odita, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara Ehtiyat oyunçular: 22. Zlatko Zeçeviç, 10. Xusiddin Qafurov, 12. Nenad Qavriç, 17. İvan Pesiç, 31. Yanko Tumbaçeviç, 32. İvan Markoviç, 77. Predraq Pavloviç Baş məşqçi: Nenad Milovanoviç “İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad Azad, 10. Elnur Abdullayev, 11, Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirshüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev Baş məşqçi: Zaur Svanadze (Fanat.Az) Geri qayıt |