Əsas Səhifə > Azərbaycan / Üst manşet > Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"

Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"


30-06-2017, 18:39.
title}
Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"


"Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafındakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən oxuyuram".

SİVİL.AZ xəbər verir ki, bu sözləri xalq artisti Həmidə Ömərova deyib.

"Geriyə baxanda" verilişinin qonağı olan aktrisa həmkarlarının təkəbbürlüyündən gileylənib:

"Gənclik illərində düşünürdüm ki, dəyişim. İndi isə olduğum kimiyəm. Belə olmaqla insanları səmimi olmağa sövq edirəm. Gözəllik sadəlikdir. Vaxtilə Leyla Bədirbəylidən bir atalar sözü eşitmişdim: "Ağac nə qədər bar versə, başını aşağı salar". Hər zaman buna əməl edirəm. Özümü başqa cür qələmə verməyə çalışmamışam. Necəyəmsə, eləyəm".

H. Ömərova heç vaxt plastik əməliyyat etdirmədiyini söyləyib:

"Hələ etdirməmişəm. Amma bir şey etiraf edim: "Nizami" filmində çəkilirdim. Çəkilişlər Moskvada aparılırdı. Rəfiqəmlə küçəylə gedəndə kosmetoloji mərkəz gördük. Anam deyirdi ki, burnunda əməliyyat etdirməlisən. Mən də mərkəzin qabağından keçəndə getdim yazıldım həkimə. Həkim deyir ki, niyə istəyirsən? Qayıtdım ki, uzundu, mənə mane olur. Amma etmədilər, dedi ki, "Get, nə vaxt səni filmə çəkməsələr gələrsən edərəm". Həmin hadisədən sonra mənim üçün plastik əməliyyat mövzusu bağlandı. Allah səni belə yaradıb, bu görünüş sənə xüsusi şarm verir. Niyə edirsən?"

"Həyatda o qədər problemlər var ki... Görürəm qonşum pisdi, həmkarım xəstədir, necə rahat yaşayım? Mən rahatlığı ancaq işdə tapa bilirəm" deyə, H.Ömərova söyləyib.

Aktrisa daha sonra xoşbəxtlikdən söz açıb.

O, "Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım" sözlərinə belə cavab verib:

"Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil". (axşam.az)
Geri qayıt