Əsas Səhifə > Azərbaycan / Video > Bakıda ailə dramı: 3 uşağı küçəyə atdılar -
Bakıda ailə dramı: 3 uşağı küçəyə atdılar -2-07-2017, 22:30. |
Bakıda yolun kənarından bacı-qardaş olan 3 azyaşlı uşaq tapılıb. Dediklərinə və əllərindəki bağlamadan çıxan sənədlərə əsasən onları küçəyə nənələri atıb. Uşaqlar tapılarkən baxımsız vəziyyətdə olublar. Lakin onlar sığınacağa yerləşdirilib, polis onların valideynlərini axtarır. SİVİL.AZ XəzərXəbər-ə istinadla bildirir ki, Bakıda azyaşlı 3 uşaq nənələri tərəfindən küçəyə atılıb. Körpələri yolun kənarından Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları aşkarlayıb. Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb. Uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub. Sığınacaqdan uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar. Nigah haqqında şəhadətnamədəki tarixə əsasən azyaşlıların valideynləri 2 ildir boşanıb. Lakin notarial qaydada ananın 2 qızını nənələrinə etbar etməsi sənədindəki tarixdə ötən ay göstərilib. Deməli ana bir və ya bir neçə həftə əvvəl qaçıb. Bəs nənə uşaqları neçə gün saxlayıb? Məsələ ilə bağlı açıq qalan suallar çoxdur. Cəmiyyəti düşündürən isə sadəcə atılan 2 qız və 1 oğlan uşağının gələcək taleyidir. Geri qayıt |