Əsas Səhifə > Azərbaycan > Maradona Rusiya vətəndaşı olmaq istəyir
Maradona Rusiya vətəndaşı olmaq istəyir3-07-2017, 10:39. |
Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiya vətəndaşlığı almağı düşünür. SİVİL.AZ-ın məlumatına görə, bu barədə "Sovetskiy sport" xəbər yayıb. Məlumatda qeyd olunur ki, 58 yaşlı futbol əfsanəsi "Rusiya futbolu sevir" hərəkatı çərçivəsində ölkəyə səfər edib və Konfederasiyalar Kubokunun finalını izləyib. Daha öncə isə Maradona futbol üzrə Rusiya millisinə başçılıq etmək istədiyini bildirmişdi. Futbolçu Vladimir Putini də öz kumiri adlandırmış, divarda onun şəklini asdığını qeyd etmişdi. (Trend) Geri qayıt |