Əsas Səhifə > Azərbaycan / Üst manşet > Deputatlarımız harada və necə istirahət edəcəklər? –

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


3-07-2017, 22:00.
title}
Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Milli Məclisin Yaz sessiyası bitdikdən sonra 2017-ci ildə növbədənkənar sessiyası iyun ayının 30-da başa çatıb. Bu da deputatların istirahət vaxtının çatması deməkdir. Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq. Tətil müddəti avqustun 30-dək davam edəcək.

Deputatların istirahəti həmişə ictimaiyyətin maraq dairəsində olduğundan, SİVİL.AZ onların harada və necə istirahət edəcəkləri ilə bağlı Oxu.Az-ın sorğusunu təqdim edir.

Millət vəkili Fazil Mustafa bu yay xarici səfərə getməyəcək. Əsasən, Bakıda və Naxçıvanda istirahət edəcək.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Qənirə Paşayeva işgüzar səfərlərinin çoxluğundan, ümumiyyətlə, istirahət məqsədilə səfərə çıxdığını xatırlamır: “Mən yayda, adətən, istirahər üçün harasa getmirəm. Tədbirlər olursa, o ölkədə tədbirdən sonra 1 gün və ya bir neçə saat tarixi yerləri ziyarət edirəm, millət vəkili seçildiyim rayonda oluram, kəndləri ziyarət edirəm. Ofisə gedirəm, vaxt olanda oxumağa çatdıra bilmədiyim kitablar olur, onları evdə oxuyuram, dostlarla, ziyalılarla görüşürəm söhbətləşirəm. Mənim üçün elə ən gözəl istirahət budur. Bu il də yayda bir neçə səfərlər, konfranslar, tədbirlər var, ora gedəcəm. Sonra da Azərbaycanda olacam”.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Aqil Abbas, bildiyimiz kimi, adətən, xanımı İradə Tuncayla hər il bir neçə ölkəyə istirahətə yollanır. İradə xanımın anası Gülxanım Fətəliqızının (Mərhum Xalq şairi Məmməd Arazın xanımı) səhhətində yaranan problemlər üzündən bu il istirahətlə bağlı heç bir planları yoxdur. Bir sözlə, deputat bu yayı Bakıda keçirək.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Aydın Mirzəzadə də Azərbaycanda dincələcəyini deyir: “Əslində deputat üçün istrahət sözü yoxdur. Dincəlməli olsam, Bakıda və rayonlarımızda istirahət edəcəm. 2 gün əvvəl Şamaxıya getmişdik. Daha hansı rayonlara gedəcəyimi əvvəlcədən deyə bilmərəm. Tətilimi əsasən Bakıda keçirəcəm”.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Tahir Rzayev keçən il olduğu kimi, bu il də yay aylarını ölkədə keçirəcəyini deyir: “Xaricə getməyi planlaşdırmamışam, Azərbaycanda olacam. Bakıda və bölgələrimizdə dincələcəm”.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


İlk dəfə deputat kimi tətilə çıxacaq Əflatun Amaşov işlərinin çoxluğundan tətil haqqında düşünməyə vatx tapmadığını deyir: “Türkiyəyə Qara dəniz ölkələrinin simpoziumuna gedirəm. Bir neçə gün orada olacam. Geri döndükdən sonra isə Milli Mətbuat günü ilə bağlı tədbirlərə hazırlıqlarla məşğul olmalıyam. 22 iyulda jurnalistlərə mənzil veriləcək. Daha bir neçə tədbir var. Sözün düzü , işin çoxluğundan hələ ki, istirahətlə bağlı heç bir plan qurmamışam. İmkan olsa, dincələcəm”.

Deputatlarımız harada və necə istirahət edəcəklər? –


Qeyd edək ki,“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir. Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir. Komitə və komissiya sədrləri, onların müavinlərinə verilən məbləğ isə daha yüksəkdir. Beləliklə, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alacaqlar.
Geri qayıt