Əsas Səhifə > Azərbaycan / Video / Manşet > Rusiyadan Azərbaycana yeni döyüş texnikası gətirildi -

Rusiyadan Azərbaycana yeni döyüş texnikası gətirildi -


10-07-2017, 12:33.
title}
Rusiyadan Azərbaycana yeni döyüş texnikası gətirildi -


Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

SİVİL.AZ bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.
Geri qayıt