Əsas Səhifə > Azərbaycan > “BakuBus” yeni marşrut xətləri açır? -

“BakuBus” yeni marşrut xətləri açır? -


12-07-2017, 13:36.
title}
“BakuBus” yeni marşrut xətləri açır? -


“Sərnişinlər yeni xətlərin açılması ilə bağlı müraciətlər edirlər. Onlar təkliflərini əsaslandırırlar ki, yeni xətlərin açılması ilə şirkət mənfəət qazanacaq. Sərnişinlərimiz bir şeyi yaddan çıxarırlar ki, yeni marşrut xətlərinin açılması və onların hərəkət trayektoriyasının təyin edilməsi, eyni zamanda dayanacaqların müəyyənləşdirilməsi “Baku Bus”un səlahiyyətlərinə daxil deyil”.

SİVİL.AZ bildirir ki, bunu “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib. Onun sözlərinə görə, sərnişinlərin müraciətləri aidiyyəti qurumlara yönləndirilir.

“Bu məsələlər Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənir. “BakuBus” daşıyıcı şirkətdir, yeni marşrut xətti açılanda biz sadəcə öz xidmətimizi təklif edir və bu xətt üzrə keyfiyyətli sərnişindaşıma fəaliyyətinin tərəfimizdən təmin olunmasını əsaslandırırıq. Bu zaman aidiyyətı qurum tərəfindən şirkətin texniki imkanları, kadr potensialı və yüksək xidmətin təşkili ilə bağlı digər vasitələri nəzərə alınaraq müəyyən marşrut xəttinin müvəqqəti olaraq istismarı “BakuBus”a həvalə olunur. Təbii ki, bizim əsas məqsədimiz daha çox sərnişinə təhlükəsiz və rahat sərnişindaşıma xidməti göstərməkdir”.

M.Piriyevin sözlərinə görə, “BakuBus” istifadəsində olan 302 avtobusla Hava Limanı Express xətt də daxil olmaqla 11 marşrut xətti üzrə sərnişindaşıma xidmətini həyata keçirir: “Qeyd edim ki, müasir sərnişindaşıma standartlarına görə, hər bir marşrut xətti üzrə avtobusların sayına görə həmin xəttə ehtiyat avtobuslar ayrılır və əgər iş şəraitində hansısa avtobusda texniki nasazlıq aşkar olunarsa, dərhal avtobus həmin xətt üçün ayrılmış ehtiyat avtobuslarla əvəzlənir. Buna görə də qarajda əvvəlcədən nəzərdə tutulmuş sayda ehtiyat avtobuslar saxlanılır. Bu müasir şəraitdə stabil və təhlükəsiz sərnişindaşıma xidmətinin əsas satandartı kimi qəbul olunan qaydadır”.

M.Piriyev qeyd edib ki, “BakuBus”da istifadəyə yararsız avtobus yoxdur: “Bizim əsas məqsədimiz daha çox sərnişinə təhlükəsiz və rahat sərnişindaşıma xidməti göstərməkdir. Yeni avtobusların alınmasına zərurət yaranarsa, bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilə bilər”. (AzVision.az)
Geri qayıt