Əsas Səhifə > Azərbaycan > FİFA-nın vitse-prezidenti həbs olunub

FİFA-nın vitse-prezidenti həbs olunub


18-07-2017, 15:30.
title}
FİFA-nın vitse-prezidenti həbs olunub


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib.

SİVİL.AZ-ın verdiyi məlumata görə, onunla birgə oğlu Qorka da saxlanılıb.

A. Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.

Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var. (APA)
Geri qayıt